<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Sev qonşunu», - deyir Ata, sənə nifrət edənə
 Həmişə et yaxşılığı, düşməninə etmə lənət.

[C1]
   Sənə nifrət edənə sən xeyir - dua ver həmişə,
   Nə fayda var yaxşılığa əgər etsən sən yaxşılıq?

[V2]
 Yamanlığa çalış sən daim edəsən yaxşılıq,
 Səpir Günəş öz nurunu salehə və imansıza.

[C2]
   Yaxşı və pis adamlara yağmurlar göndərir Ata,
   Çalış, bənzə öz Tanrına, öz Səmavi Atana sən.

[V3]
 Şükür edən Allaha necə lənət edə bilər
 Tanrının Öz sürətində yaratdığı adamlara?

[C3]
   Bir bulağın olarmı heç həm şirin, həm acı gözü?
   Şirin bulaq ol həmişə, çalış bənzə Tanrına sən,
   Pak, müqəddəs Tanrına sən, bənzə bol-bol həyat verən,
   Hamını eyni gözlə sevən, öz Səmavi Atana sən.</lyrics>
<title>«Sev qonşunu», - deyir Ata, sənə nifrət edənə İL517</title>
<hymn_number>517</hymn_number>
</song>